DÇ-2022: Almaniya evdə uduzdu, İtaliya səfərdə qazandı

DÇ-2022: Almaniya evdə uduzdu, İtaliya səfərdə qazandı
Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tur başa çatıb.
Fanat.Az xəbər verir ki, B, C, D, F, I və J qrupları üzrə daha 15 oyun keçirilib.
B qrupunda yer alan İspaniya yığması Kosovonun sürpriz etməsinə imkan verməyibsə, Gürcüstan səfərdə Yunanıstanla heç-heçə edib.
İktisiz irəliləyən İtaliya yığması bu dəfə səfərdə Litva üzərində inamlı qələbəyə sevinib. Şimali İrlandiya isə Bolqarıstanla bərabərə qalıb.
D qrupunda Fransa rəqib meydanında Bosniya və Herseqovinanı tək qolla üstələyib. Ukrayna isə Qazaxıstanla oyundan 1 xalla ayrılıb.
F qrupunda Avstriya Danimarkanı, Moldova İsraili, Şotlandiya Farer adalarını qəbul edib. Şotlandlar evdə, İsraillə Danimarka isə səfərdə darmadağına sevinib.
İlk iki oyunundan qalib ayrılan İngiltərə yığmasını bu dəfə Polşa ilə ev oyununda 3 xal qazanıb. Qrupun digər oyunlarına gəlincə, Andorra Macarıstanla, San Marino Albaniya ilə qarşılaşıb. Hər iki oyunda autsayderlər doğma meydanda məğlubiyyətə üzülüblər.
J qrupunda Almaniya yığması Şimali Makedoniyanı sınağa çəkib və gözlənilməz məğlubiyyətlə üzləşib. Ermənistan bu tur Rumıniyanı məğlub edibsə, Lixtenşteyn İslandiyaya uduzub.
DÇ-2022-nin seçmə mərhələsi
31 mart
B qrupu
İspaniya – Kosovo 3:1
Qollar: Olmo, 34. Torres, 36. Moreno, 75 – Halimi, 70.
Yunanıstan – Gürcüstan 1:1
Qollar: Kakabadze, 76-öz qapısına – Kvaratsxeliya, 78.
İspaniya – 7, İsveç – 6, Yunanıstan – 2, Gürcüstan – 1, Kosovo – 0.
C qrupu
Litva – İtaliya 0:2
Qollar: Sensi, 47. İmmobile, 90+4-pen.
Şimali İrlandiya – Bolqarıstan 0:0
İtaliya – 9, İsveçrə – 6, Bolqarıstan – 1, Şimali İrlandiya – 1, Litva – 0.
D qrupu
Bosniya və Herseqovina – Fransa 0:1
Qol: Qrizmann, 60.
Ukrayna – Qazaxıstan 1:1
Qollar: Yaremçuk, 20 – Mujikov, 59.
Fransa – 7, Ukrayna – 3, Finlandiya – 2, Bosniya və Herseqovina – 1, Qazaxıstan – 1
F qrupu
Avstriya – Danimarka 0:4
Qollar: Olsen, 58; 74. Mehle, 63. Hoybyerq, 67.
Moldova – İsrail 1:4
Qollar: Karp, 29 – Zahavi, 45+2. Solomon, 57. Dabbur, 64. Natxo, 66.
Şotlandiya – Farer adaları 4:0
Qollar: Makqinn, 7; 53. Adams, 60. Freyzer, 70.
Danimarka – 9, Şotlandiya – 5, Avstriya – 4, İsrail – 4, Farer adaları – 1, Moldova – 1.
İ qrupu
Andorra – Macarıstan 1:4
Qollar: Puyol, 90+2-pen – Fiola, 45+2. Qazdaq, 51. Kleynhaysler, 58. Neqo, 90.
İngiltərə – Polşa 2:1
Qollar: Keyn, 19-pen. Maquayr, 85 – Moder, 58.
San Marino – Albaniya 0:2
Qollar: Manaj, 63. Uzuni, 85.
İngiltərə – 9, Macarıstan – 7, Albaniya – 6, Polşa – 4, Andorra – 0, San Marino – 0
J qrupu
Ermənistan – Rumıniya 3:2
Qollar: Spertsyan, 56. Haroyan, 87. Barseqyan, 89 – Çikaldau, 62; 72.
Almaniya – Şimali Makedoniya 1:2
Qollar: Gündoğan, 83-pen – Pandev, 45+2. Elmas, 85.
Lixtenşteyn – İslandiya 1:4
Qollar: Frik, 79 – Saevarsson, 12. Byarnason, 45+1. Pallson, 77. Siquryonsson, 90+2-pen.
Ermənistan – 9, Almaniya – 6, Şimali Makedoniya – 6, Rumıniya – 3, İslandiya – 3, Lixtenşteyn – 0.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər