DÇ-2022: İrlandiya - Azərbaycan oyununda heç-heçə - YENİLƏNDİ

DÇ-2022: İrlandiya - Azərbaycan oyununda heç-heçə - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 4-cü sınağında İrlandiyanın qonağı olub.
 
Dublin şəhərindəki "Aviva" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. 
 
Fransız FIFA referisi Jerom Brisar idarə etdiyi görüşdə millimiz ilk hissəyə əlavə olunmuş 1 dəqiqədə Emin Mahmudovun qolu ilə önə keçib. Lakin rəqib oyunun bitməsinə 3 dəqiqə qalmış - 87-ci dəqiqədə hesabı bərabərləşdirərək məğlubiyyətdən yaxa qurtarıb.
 
Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşdürür. Bu qrupun digər oyununda Serbiya evdə Lüksemburqla qarşılaşacaq.
 
DÇ-2022
Seçmə mərhələ
A qrupu
 
4 sentyabr
20:00. İrlandiya - Azərbaycan 1:1

Qollar: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1

İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman, 4. Şeyn Daffi, 5. Con Eqan, 6. Joş Kullen 7. Mett Doerti, 11. Ceyson Molumbi, 17. Jayson Molumby, 21. Aaron Connoly, 10. Troy Parrot, 9. Adam İdah

Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 8. Konor Hurihan, 12. Kallum Robinson, 13. Ceff Hendrik, 14. Alan Braun, 15. Daril Horqan, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Ronan Kurtis, 22. Andryu Omobamidele

Baş məşqçi: Stefen Kenni

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 20. Filip Ozobiç, 7. Namik Ələskərov

Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov,

Baş məşqçi: Canni De Byazi

Hakimlər: Jerom Brisar, Benjamen Pejes və Ervan Finjan, Mikael Lezaj (Fransa).
Dublin, "Aviva" stadionu.
 

1

Portuqaliya

4

3

1

0

8:4

10

2

Serbiya

3

2

1

0

7:5

7

3

Lüksemburq

3

2

0

1

4:4

6

4

İrlandiya

3

0

0

3

3:6

0

5

Azərbaycan

3

0

0

3

2:5

0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər