Qazaxıstanın paytaxtı Astanada keçirilən komandalararası dünya çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan millisi VI tur oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, rəqib Rusiya yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Milli üzvlərindən Nicat Abbasov və Eltac Səfərli görüşlərini heç-heçə ilə başa vurub. Arkadi Naydiç qələbə qazanıbsa, Rauf Məmmədov rəqibinə uduzub.
Rusiya - Azərbaycan 2:2
Sergey Karyakin - Arkadi Naydiç 0:1
Yan Nepomnyaşi - Rauf Məmmədov 1:0
Aleksandr Qrişuk - Eltac Səfərli 0,5:0,5
Vladislav Artemyev - Nicat Abbasov 0,5:0,5
VI turun digər qarşılaşmaları
İran - İngiltərə 1:3
Hindistan - Qazaxıstan 3,5:0,5
İsveç - ABŞ 0,5:3,5
Misir - Çin 2:2
Qeyd edək ki, bu nəticələrdən sonra Rusiya 10 xalla vahid liderdi. 9 xala malik olan Hindistan və İngiltərə 2-3-cü yerləri bölüşdürür. ABŞ 8 xalla 4-cü, Çin 6 xalla 5-ci yerdədi. Azərbaycan, Qazaxıstan və İsveç 4 xalla 7-9-cu yerləri bölüşdürür, bir xalı olan Misir isə sonuncu - 10-cu yerdədi.
Fanat.Az