Fransa millisinin adı açıqlanmayan futbolçusu DÇ-2018-in qızıl medalını auksiona çıxarıb.
Fanat.Az "Le Soir"ə istinadən xəbər verir ki, medal 66 min avroya satılıb.
Bununla yanaşı, 1994-ci ildə keçirilən dünya çempionatı və 2002-ci il mundialında Braziliyanın qazandığı qızıl medallar da hərraca qoyulub. Onlar üçün müvafiq olaraq 44 min və 46 min avro ödənilib.
Qeyd edək ki, DÇ-2018-in finalında Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək çempion olmuşdu.
Fanat.Az