Belçika Braziliyanı okeanın o tayına göndərdi

Belçika Braziliyanı okeanın o tayına göndərdi
Rusiyada keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final oyunlarına start verilib.
Günün ikinci oyunu da Cənubi Amerika – Avropa qarşıdurması olub. Braziliya Belçika ilə üz-üzə gəlib.
 
Pentakampeonlar növbəti çempionluğu hədəflədiyindən bu oyunda da zəfəri hədəfləmişdi. Meksika ilə matçda sonradan meydana çıxan Marselonun zədəsi sağalmışdısa, Kazemiro sarı vərəqə cəzası səbəbindən oyunu buraxacaqdı. Mütəxəssislərin rəyinə görə, mundiala tarixinin ən yaxşı heyəti ilə qatılan Belçikaya gəlincə, "qırmızı şeytanlar"ın oyunçu problemi yox idi.
 
13-cü dəqiqədə avtoqola üzülən cənubi amerikalıların "yediyi" ikinci top avropalılara həm də psixoloji üstünlük verib. İkinci yarının ortalarında futbol dərsliklərinə yazıla biləcək həmlə ilə fərqi azaldan "sambaçılar"ın daha artığına gücü çatmayıb - 1:2.
 
Beləliklə, Belçika adını yarımfinala yazdırıb.
DÇ-2018
1/4 final
6 iyul
Braziliya - Belçika 1:2
Qol: Auqusto, 76 - Fernandinyo , 13 (öz qapısına), De Brüyne, 31
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan. "Kazan Arena".
 

Braziliya: 1. Alisson Beker, 2. Tiaqo Silva, 3. Miranda (k), 9. Qabriel Jezuş, 10. Neymar, 11. Filip Koutinyo, 12. Marselo, 15. Paulinyo, 17. Fernandinyo, 19. Villian, 22. Faqner

Ehtiyat oyunçular: 16. Kassio, 23. Ederson, 4. Jeromel, 6. Felipe Luis, 7. Duqlas Kosta, 8. Renato Auqusto, 13. Markinyos, 18. Fred, 20. Firmino, 21. Tayson, 14. Danilo (zədəli), 5. Kasemiro (cəzalı)

Baş məşqçi: Tite

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Brüyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 15. Tomas Meunier, 22. Naser Şadli

Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 3. Tomas Vermalen, 11. Yannik Karrasko, 14. Dris Mertens, 16. Torqan Azar, 17. Turi Tilemans, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 20. Dedrik Boyata, 21. Mişi Batşuayi, 23. Leander Dendonker

Baş məşqçi: Roberto Martines

 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər