DÇ-2014: rekord uğrunda

DÇ-2014: rekord uğrunda
Dünya çempionatınının startı yaxınlaşır. Fanat.az mundialla bağlı maraqlı xəbərləri davam etdirir.
Braziliyada təşkil olunacaq dünya çempionatında bəzi futbolçu və məşqçilər tarixə düşmək imkanı qazanacaq. Bunların arasında Almaniya yığmasının üzvü Miroslav Kloze, Kolubiya millisinin qapıçısı Əli Fərid Mondraqon və İsraniya yığmasının baş məşqçisi Visente Del Boske də var.
Klozenin 2 hədəfi 
Almaniya millisi ilə 4-cü dəfə dünya çempionatında mübarizə aparacaq Kloze Braziliyada iki rekorda birdən imza ata bilər. Bundan əvvəl qatıldığı 3 dünya çempionatında 14 qol vuran 36 yaşlı bir dəfə də fərqlənsə, brazilyalı Ronaldonun 15 qolluq rekorduna şərik olacaq. Daha bir qol isə onu dünya çempionatlarının ən məhsuldar futbolçusu edəcək. 
1998, 2002 və 2006-cı illərdəki mundiallara qatılan Ronaldo ilk dəfə 4, ikincidə 8, üçüncüdə isə 3 qola imza atıb və yarışın ən məhsuldar futbolçusudu. Kloze isə 2002, 2006 və 2010-cu illərdə dünya çempionatının iştirakçısı olub. İlk iki mundialın hər birində 5 dəfə fərqlənən alman oyunçu DÇ-2010-da 4 dəfə rəqib qapısına yol tapıb.
O, həmçinin bir qol vurmaqla braziliyalı Pele və həmyerlisi Uve Seelerdən sonra 4 dünya çempionatında fərqlənmiş 3-cü futbolçu olacaq.
Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular
1. Ronaldo (Braziliya) - 15 qol (1998, 2002, 2006)
2. Miroslav Kloze (Almaniya) - 14 qol (2002, 2006, 2010)
3. Herd Müller (Almaniya) - 14 qol (1970, 1974)
4. Just Fontayne (Fransa) - 13 qol (1958)
5. Pele (Braziliya) - 12 qol (1958, 1962, 1966, 1970)
6 matçda oynasa...
Dünya çempionatlarında bu günədək 19 oyuna çıxan Kloze Braziliyada 6 matç keçirəcəyi halda daha bir rekorda ortaq olacaq. 36 yaşlı futbolçunun komandası yarımfinaladək irəliləyəcəyi və o, bütün bu oyunların iştirakçısı olacağı halda 25 matçla həmyerlisi Lotar Matteusa çatacaq. Almaniya finala çıxacağı halda Kloze daha bir oyun keçirmək şansı qazanacaq. O, bu matçda da iştirak etməklə, dünya çemrpionatlarında ən çox oyun keçiriş futbolçu olacaq.
Dünya çemrpionatlarında ən çox oyun keçiriş futbolçular
1. Lothar Matteus (Almaniya) - 25 oyun
2. Paolo Maldini (İtaliya) - 23 oyun
3. Dieqo Maradona (Argentina) - 21 oyun
4. Uve Seeler (Polşa) - 21 oyun
5. Vladislav Zmuda (Polşa) - 21 oyun
6. Kafu (Braziliya) - 20 oyun
7. Qreqori Lato (Polşa) - 20 oyun
8. Ronaldo (Braziliya) - 19 oyun
9. Miroslav Kloze (Almaniya) - 19 oyun
10. Volfqanq Overat (Almaniya) - 19 oyun
11. Karl-Haynts Rummenige (Almaniya) - 19 oyun
12. Berti Foqts (Almaniya) - 19 oyun
Ən qoca Mondraqon...
Kolubiya yığmasının qapıçısı Əli Fərid Mondraqon da rekord üçün mübarizə aparacaq. 21 iyun 1971-ci ildə dünyaya gələn amerikalı qolkiper Braziliyada meydana çıxsa kamerunlu Rocer Millanın rekordunu əlindən alacaq və dünya çempionatının "ən qoca" futbolçusu olacaq.
Milla 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında Rusiya ilə oyunda meydana çıxan zaman 42 yaş 1 ay 8 günlük olub. Mondraqon isə komanda yoldaşı David Ospinadan qapını təhvil alması halında, 43 yaşında meydana çıxacaq və Millanın 20 illik rekordunu qıracaq.
Mondraqon həmçinin dünya çempionatında iş başında olacaq Xorvatiyanın baş məşqçisi Niko Kovaç (15 oktyabr 1971) və Kot`D-İvuarın baş məşqçisi Sabri Lamouçidən (9 noyabr 1971) daha yaşlı olacaq.
Dünya çempionatlarında çıxış etmiş ən yaşlı futbolçular
1. Rocer Milla (Kamerun) - 42 yaş 1 ay 8 gün (DÇ-1994)
2. Pat Yenninqs (Şimali İrlandiya) - 41 yaş (DÇ-1986)
3. Peter Şilton (İngiltərə) - 40 yaş 9 ay 19 gün (DÇ-1990)
4. Dino Zoff (İtaliya) - 40 yaş 4 ay 13 gün (DÇ-1982)
5. Əli Bumnijel (Tunis) - 40 yaş 2 ay 10 gün (DÇ-2006)
Del Boske tarixə düşmək istəyir
İspaniya yığmasının baş məşqçisi Visente Del Boske də rekorda otraq olmaq istəyir. 2010-da komandasıqı çempion edən ispan mütəxəssis eyni uğuru təkrarlayacağı halda iki dəfə dünya çempionu olmuş ikinci baş məşqçi olacaq. 
Ondan əvvəl bu uğuru Vittorio Pozzo qazanıb. İtalyan mütəxəssis İtaliya yığmasını 1934 və 1938-ci illərdə mundialın qalibi edib. Həmin vaxtdan sonra isə heç bir mütəxəssis bu uğuru təkrarlaya bilməyib. Del Boske çempion olacağı halda 76 illik rekorda şərik olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər