Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az mundialla bağlı maraqlı xəbərləri təqdim etməkdə davam edir.
Dünya çempionatlarının ən böyük quru seriyası İsveçrə yığmasına məxsusdu. 9 dəfə mundial iştirakçısı olan bu komanda 1994, 2006 və 2010-cu illərdəki yarışlarda 559 dəqiqə qapısını toxunulmaz saxlayıb. DÇ-2006-da keçirdiyi 4 matçda qol buraxmayan və 1/8 finalda Ukraynaya penalti seriyasında yenilən İsveçrə DÇ-2010-un qrup mərhələsinin ilk matçında gələcək çempion İspaniyanı 1:0 hesabı ilə yenmişdi. Çili ilə baş tutan ikinci oyunun 75-ci dəqiqəsində isə Mark Qonzalesin qoluna əngəl ola bilməyən isveçrəlilərin seriyası qırılmışdı.
İtaliya 5 matçı qol buraxmadan qazanıb
Heç-heçələrin komandası İtaliya eyni zamanda bir çempionatda ardıcıl 5 oyunda qol buraxmadan qalib gələn yeganə yığmadı. İtalyanlar 1990-cı ildə ölkələrində keçirilən dünya çempionatında ilk oyundan 1/4 finaladək keçirdikləri 5 oyunda qol buraxmadan qələbəni bayram edib. Qrupda Avstriya və ABŞ-ı 1:0, Çexslovakiyanı 2:0, 1/8 finalda Uruqvayı 2:0 və 1/4 finalda İranliyanı 1:0 hesabı ilə yenən İtaliyanın seriyası yarımfinalda çırılıb. Avropa təmsilçisi bu mərhələdə Argentina ilə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda italyanlar amerikalılara penalti seriyasında yenilib - 3:4.
Braziliya 13 matç uduzmadı, 11-ni qazandı
Dünya çempionatının ən uğurlu ölkəsi Braziliya ən böyük məğlubiyyətsiz oyunlar seriyasının sahibidi. "Sambaçılar" ardıcıl 13 matçda məğlub olmayıb. Bu oyunların 11-də braziliyalılar qələbə qazanıb, 2-si heç-heçə bitib.
Cənubi Amerika təmsilçisi həmçinin 1970 və 2002-ci ildəki dünya çempionatlarının bütün oyunlarında qələbə qazanıb. Braziliya 1970-də 6, 2002-də 7 matçı qələbə ilə bitirib.
Ən çox matçda qol vuran futbolçu
Dünya çempionatlarında ən çox matçda qol vuranr oyunçu Ronaldodu. Braziliyalı futbolçu 1998-2006-cı illər aralığında final mərhələlərində baş tutan 11 oyunla komandasını sevindirib. Alman Yurgen Klinsmann 10, Herd Müller, Miroslav Kloze və Uve Seeler isə 9 matçda qola imza atıb.
Fontayne, Jarzinyo, Qiccia
Fransız Just Fontayne, braziliyalı Jarzinyo və uruqvaylı Alkides Qiccia bir dünya çempionatında oynadıqları bütün matçlarda qol vurub. Fontayne DÇ-1958-dəki 6 matçda 13, Jarzinyo DÇ-1970-dəki 6 oyunda 7, Qiccia isə DÇ-1950-dəki 4 görüşdə 4 qola imza atıb.
Fransa və İtaliyada 10 futbolçu
Bir turnirdə ən çox futbolçusu qol vuran ölkələr Fransa və İtaliyadı. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında Fransanın (Bossis, Kouriol, Genqini, Cirard, Ciresse, Platini, Roxetau, Sif, Soler və Tresor), 2006-cı ildə Almaniyada təşkil olunan mundialda isə İtaliyanın (Del Pyerro, Cilardino, Qrosso, İaquynta, İnzaqi, Materazzi, Pirlo, Toni, Totti və Zambrotta) 10 futbolçusu rəqibləri məyus edib.
Yuqoslaviyada 7-si birdən
Bir matçda ən çox futbolçusu qol vuran ölkə Yuqoslaviyadı. Artıq tarixin yaddaşına köçmüş ölkənin 7 futbolçusu eyni oyunda fərqlənib. Belə ki, 1974-cü ilin dünya çempionatında Zairi 9:0 hesabı ilə yenən Yuqoslavaiyanın 7 üzvü rəqib qapısına yol tapıb. Bayeviç, Cajiç, Suryak, Katalinski, Boqiçeviç, Oblak və Petkoviç adını tabloya yazdıran isimlər olub.
Fanat.az