DÇ-2014: Del Boske rekord istəyir

DÇ-2014: Del Boske rekord istəyir
Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az mundialla bağlı maraqlı məlumatları təqdim etməyə davam edir.
İndiyədək baş tutan 19 dünya çempionatında qalibi adını iki dəfə qazanan yeganə baş məşqçi Vittorio Pozzodu. İtalyan mütəxəssis İtaliya-1934 və Fransa-1938-də komandasını çempion edib.
Bundan sonra heç bir mütəxəssis eyni uğuru iki dəfə təkrarlaya bilməyib. Son dünrya çempionu İspaniyanın baş məşqçisi Visente del Boske yenə iş başındadı. O, komandasını Braziliyada da çempion edə bilsə, Pozzonun rekorduna şərik olacaq.
6 çempionat görən baş məşqçi
Braziliyalı mütəxəssis Karlos Alberto Perreyra dünya çempionatına ən çox qatılan məşqçidi. O, 1982, 1990, 1994, 1998, 2006 və 2010-cu illərdə 6 mundialın iştirakçısı olub. Mütəxəssis dünya çempionatlarına Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Səudiyyə Ərəbistanı və CAR yığmalarını çalışdırıb. Perreyra yeganə çempionluğunu 1994-cü ildə Braziliya ilə ABŞ-da yaşayıb.
Ən çox komanda çalışdıran məşqçilər
Dünya çempionatlarında ən çox komanda çalışdarın mütəxəssislər Karlos Alberto Perreyra və Bora Milutinoviçdi. Hər iki baş məşqçi 5 müxtəlif komandaya başçılıq edib.
Perreyra 1982-də Küveyt, 1990-da Birləşmiş Ərəb Əmirlikləri, 1994 və 2006-da Braziliya, 1998-də Səudiyyə Ərəbistanı, 2010-da isə CAR millisi ilə mundialın iştirakçısı olub. 
Serb mütəxəssis Milutinoviç isə 1986-da Meksika, 1990-da Kosta Rika, 1994-də ABŞ, 1998-də Nigeriya və 2002-də Çinlə dünya çempionatı həyatı yaşayıb.
Fransız Anri Mişel isə Fransa, Kamerun, Mərakeş və Kot`D-İvuar yığmaları ilə 4 dəfə mundialın iştirakçısı olub.
Həm futbolçu, həm baş məşqçi
Braziliyalı Mario Zaqallo və alman Frans Bekkenbauer dünya çempionu adını həm futbolçu, həm də məşqçi kimi qazanıb. Zaqallo 1958 və 1962-ci illərdə futbolçu kimi Braziliya ilə çempionluq sevinci yaşayıb. 1970-ci ildə isə o, baş məşqçi kimi ölkəsini uğura daşıyıb.
"İmperator" ləqəbli Bekkenbauer isə 1974-cü ildə kapitanı olduğu Almaniya yığması ilə dünyanın ən yaxşısı olub. O, eyni uğuru 1990-cı ildə baş məşqçi kimi təkrarlayıb.
Şkön 25 oyuna çıxdı
Dünya çempionatında baş məşqçi kimi ən çox oyuna Helmut Şkön çıxıb. O, 1966-1978-ci illər aralığında Ağmaniya yığmasını mundialın 25 oyununa çıxarıb. Karlos Alberto Perreyra bu siyahıda ikincidi - 24 oyun. Mario Zaqallo və Bora Milutinoviç isə 20 oyuna çıxıb.
Helmut Şkön həm də dünya çempionatında ən çox qələbə qazanan mütəxəssisdi. Alman mütəxəssis mundialda 16 qələbəyə sevinib.
Ən gənci Tramutola, ən qocası Rehhagel
Dünya çempionatlarının ən gənc baş məşqçisi argentinalı Xuan Xose Tramutoladı. O, 1930-cu ildəki dünya mundialda Argentina millisinə 27 yaş 267 günlüyündə başçılıq edib.
Dunya çempionatının ən yaşlı baş məşqçisi isə Otto Rehhageldi. Alman mütəxəssis DÇ-2010-da Yunanıstanı 71 yaş 317 günlüyündə meydana çıxarıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər