DÇ-2014: daha bir baş məşqçi getdi

DÇ-2014: daha bir baş məşqçi getdi

Dünya çempionatı daha bir baş məşqçinin yığmadakı fəaliyyətinə son qoyub. Fanat.az xəbər verir ki, Bosniya və Hersoqovina yığması başsız qalıb.

2010-cu ildən komandaya başçılıq edən Safet Suşiç postunu tərk edib. Buna səbəb dünya çempionatındakı uğursuz çıxış olub. F qrupunda yer alan Bosniya və Hersoqovina yığmsı Argentinaya 1:2, Nigeriyaya 0:1 hesabı ilə yenilib, İranı 3:1 hesabı ilə udaraq 3-cü pilləni tutub.

Qeyd edək ki, bundan əvvəl dünya çempionatında iştirak edən 5 komandanın baş məşqçisi istefa vermişdi. Belə ki, Çezare Prandelli (İtaliya), Sabri Lamouçi (Kot`D-İvuar), Luis Fernando Suares (Honduras), Karluş Keyruş (İran) və Alberto Zakkeroni (Yaponiya) postunu tərk edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər