Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Bavariya" - "Atletiko" matçının hakimləri bəlli olub. Fanat.az xəbər verir ki, Münhendə baş tutacaq qarşılaşmanı Cüneyt Çakır idarə edəcək.
Bu işdə ona Cem Satman və Tarık Ongün yardım edəcək. Dördüncü hakim funksiyasını isə Serkan Ok yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Hüseyn Göçək və Barış Şimşəkdi.
Qeyd edək ki, Çakır bundan öncə yarımfinalın ilk oyunu çərçivəsində keçirilən "Mançester Siti" - "Real" oyununda fit çalmışdı. Bu komandalar arasında baş tutacaq cavab matçının hakimləri hələ açıqlanmayıb.
Fanat.az