Cüdoçumuzdan Avropa Kubokunda "bürünc"

Cüdoçumuzdan Avropa Kubokunda "bürünc"

Bosniya və Herseqovinada cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçirilir 

Fanat.Az xəbər verir ki, turnirin ilk yarış günündə qızlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Aytac Qardaşxanlı bürünc medal qazanıb.

O, üçüncü yer uğrunda həlledici görüşdə fransalı Yuliye Falqonu məğlub edib.

Qeyd edək ki, bu gün başa çatacaq yarışda Azərbaycan 7 (3 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər