Cüdo üzrə milli yığma komandanın üzvü Şəmkirdə suda boğulub.
Fanat.az xəbər verir ki, hadisə Şəmkir Olimpiya İdman Kompleksində qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qasımov Samir Vüqar oğlu məşqdən sonra hovuzda üzərkən boğulub.
Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır. (APA)
Fanat.az