Cüdoçumuz erməni ilə üz-üzə

Cüdoçumuz erməni ilə üz-üzə

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına (AÇ)  start veriləcək. 

Sport7.az saytının məlumatına görə, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.

 

Kişilər

60 kq

İlk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayacaq. "Böyük dəbilqə”nin qalibi  Tom Şmit (Lüksemburq) – Arif Bağırov (Belarus) cütünün qalibini gözləyir.

 

Bu çəkidə tatamiyə çıxacaq digər təmsilçimiz İlqar Müşkiyev isə Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşacaq.

 

66 kq

Millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov birinci qarşılaşmadaca Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gələcək.

 

Qadınlar

48 kq

Bu çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gələcək. Həmyerlimiz mərhələ adlayacağı halda, Şira Rişoni ilə münasibətinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər