Cüdoçularımızın rəqibləri bilindi

Cüdoçularımızın rəqibləri bilindi

24-26 sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pri turnirinin püşkatması olub.

Fanat.Az xəbər verir ki, püşkə əsasən, Azərbaycanın iki təmsilçisinin də ilk rəqibləri müəyyənləşib.

Hidayət Heydərov (73 kq) 1/16 finalda israilli Yehonatan Elbazla üz-üzə gələcək. Məmmədəli Mehdiyev (90 kq) isə 1/8 finalda Sebastian Oldak (Polşa)/Vitali Şepel (Ukrayna) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Zaqreb Qran-Prisində 35 ölkədən 243 cüdoçu mübarizə aparacaq. Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər