Cüdoçularımızdan fantastik nəticə

Cüdoçularımızdan fantastik nəticə

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında dünya birinciliyi keçirilib. Fanat.Az-ın məlumatına görə, yarışda Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq tarixi uğur reallaşdırıb.

 

Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zaqrebdə onların şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

 

Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) dünya çempionatının gümüş medallarını boynundan asıb.

 

Xanım cüdoçularımızdan Nəzakət Əzizova (52 kq) isə mötəbər yarışın bürünc medalını qazanıb.

 

Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıb. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.

 

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər