Cüdoçularımızdan Avropa çempionatında uğursuz çıxış

Cüdoçularımızdan Avropa çempionatında uğursuz çıxış
Azərbaycan cüdoçusu Camal Feyziyev Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Fanat.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı rusiyalı Valeri Endovitski ilə üz-üzə gəlib.
Qarşılaşmada məğlub olan Feyziyev 5-ci yerlə kifayətlənib. 100 kq-da yarışan Adil Kərimli isə bürünc medal uğrunda görüşdə İsveçrə cüdoçusu Daniel Eyçə uduzub və 5-ci olub.
Qeyd edək ki, turnirin ötən iki günündə də Azərbaycan təmsilçiləri medal qazanmayıb. Daha əvvəl 81 kq-dakı Elcan Hacıyev də 5-ci yeri tutub. Noyabrın 4-də start götürən qitə çempionatına ölkənin 13 cüdoçusu qatılıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər