Cüdoçularımız üçün Sarayevo sınağı

Cüdoçularımız üçün Sarayevo sınağı

20-21 mayda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, 25 ölkədən 313 idmançının qatılacağı turnirdə Azərbaycan 13 nəfərdən ibarət heyətlə təmsil olunur. 

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

-60 kq Rövsən Əliyev

-66 kq Tofiq Əliyev Ruslan Paşayev Kamran Süleymanov

-73 kq İbrahim Əliyev Telman Vəliyev

-81 kq Kərim Allahverdiyev Məhərrəm İmamverdiyev

-90 kq İbrahim Ağakişiyev Musa Hüseynli

-100 kq Aslan Mirzəyev  Adil Kərimli  Ruslan Nəsirli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər