Cüdoçularımız Kaunasda təlim-məşq toplanışında iştirak ediblər

Cüdoçularımız Kaunasda təlim-məşq toplanışında iştirak ediblər

Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət milli komandasının üzvləri 15-17 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Litvanın Kaunas şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Fanat.Az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət yığmasının 7 qız idmançısı iştirak edib. 

Cüdoçulara gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər