Cüdoçularımız Avropa çempionatında - Püşk atıldı

Cüdoçularımız Avropa çempionatında - Püşk atıldı

Noyabrın 5-dən 7-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Kişilər

66 kq 1/16 final: Elçin Hüseynov - David İqnasio Alves Duarte (İspaniya)

81 kq 1/8 final: Zelim Tskayev - Titsiano Falkone (İtaliya) / Laklan Murhed (Böyük Britaniya) 1/16 final: Məhərrəm İmamverdiyev - Vuk Elez (Serbiya)

+100 kq 1/8 final: İmran Yusifov - Valeri Endovitski (Rusiya)

Qadınlar

48 kq 1/8 final: Aydan Vəliyeva - Alina Sergeyeva (Rusiya) 1/8 final: Ramilə Əliyeva - Paulina Şlyaxta (Polşa)

52 kq 1/16 final: Səbinə Əliyeva - Alexandra Pasca (Rumıniya)

63 kq 1/16 final: Nərgiz Hacıyeva - Florentina İvanesku (Rumıniya)

Qeyd edək ki, ilk gündə Elçin, Aydan, Ramilə və Səbinə tatami üzərinə çıxacaq. Növbəti gün Zelim, Məhərrəm, Nərgiz və İmran qüvvəsini sınayacaq.  Noyabrın 7-də isə komanda yarışı baş tutacaq. Yığmamız bu turnirdə təmsil olunmayacaq.

Avropa birinciliyində 38 ölkədən ümumilikdə 299 (171 kişi 128 qadın) cüdoçu iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər