Cüdoçularımız Antalyada - FOTOLAR

Cüdoçularımız Antalyada - FOTOLAR

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət yığma komandalarının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam edir. 

Fanaz.Az xəbər verir ki, toplanışa 24 kişi və 12 qadın idmançı qatılıb. Kişilərdən ibarət yığmaya Mövlud Mirəliyev, qadın millisinə isə Rəşad Məmmədov rəhbərlik edir.

Yanvarın 14-də yekun vurulacaq toplanışda Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələrin yığmaları iştirak edir.

Xatırladaq ki, cüdoçularımız 28-30 yanvarda Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-Pri, 5-6 fevralda isə Parisdə “Böyük Dəbilqə” turnirində iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər