Cüdoçulardan Universiadanın ilk günündə 5 medal

Cüdoçulardan Universiadanın ilk günündə 5 medal

Azərbaycan cüdoçuları Qazaxıstanda keçirilən Türk Dövlətləri Universiadasının cüdo yarışlarının ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Fanat.Az xəbər verir ki, qızlar arasında -48 kq çəkidə Ramilə Əliyeva qızıl medal qazanıb.

-57 kq çəkidə Nuray Quliyeva və Nərgiz Hacıyeva isə bürünc medala sahib olublar.

Oğlanlar arasında -66 kq çəkidə Elcan Yusifli gümüş medal, -81 kq çəkidə Elcan Şəfiyev bürünc medal əldə ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər