Cüdoçular üçün antidopinq seminarı təşkil olundu

Cüdoçular üçün antidopinq seminarı təşkil olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən yeniyetmə qızlardan və gənc qadınlardan ibarət cüdo üzrə Azərbaycan yığma komandalarının üzvləri üçün seminar təşkil olunub.

Bu barədə Fanat.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Antidopinq maarifləndirmə seminarı zamanı idmançılara və məşqçilərə dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.

İdmançılar, həmçinin seminar zamanı öz antidopinq biliklərini də yoxlayıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər