"Cüdoçular dünya çempionatında "qızıl" söz veriblər" - MÜSAHİBƏ

"Cüdoçular dünya çempionatında "qızıl" söz veriblər" - MÜSAHİBƏ

Cüdo üzrə kişilərdən ibarət Polşa yığmasının baş məşqçisi, həmyerlimiz Rəşad Həsənovun Fanat.Az-a müsahibəsi

- Rəşad bəy, qarşıdakı dünya çempionatına necə hazırlaşırsınız?

- Polşa kamandasının hazırlığı dəvam edir. Çalışırıq  ki, yaxşı nəticə əldə edək. Bu dünya çempionatına 4 idmançı ilə qatılacağıq. 

- Polşa yığması Qətər mundialında nəyə ümid edir? Medal və ya medallar gözlənilirmi?

- Ümidimiz 100 kiloqram çəkili idmançıya var idi, təəssüf, o da zədəli olduğu üçün yarışda iştirak etməyəcək.

- Azərbaycan yığmasının DÇ-dəki şansları barədə nə düşünürsünüz?

- Bu cüdodur. Nə deyə bilərəm... Qızıl medal şansları var, amma yenə də çətin olacaq. Bildiyim qədər qızıl medal söz veriblər. Allah köməkləri  olsun.

- Hansı cüdoçulardan medal gözləyirsiniz?

- Medala daha şanslı Səid Mollayi, Hidayət Heydərov və Zelim Kotsoyevu görürəm. Ola bilər ki, Turan Bayramov və Balabəy Ağayev də sözünü desin.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər