Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb

Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb

Mayın 23-də cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb. 

Fanat.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 9 çəkidə 271 cüdoçu mübarizəyə qoşulub. Qızlar -36 kq, -44 kq, -52 kq, -63 kq, +70 kq; oğlanlar: -38 kq, -46 kq, -55 kq, -66 kq çəki dərəcələrində medalçıları müəyyənləşdiriblər. 

Qeyd edək ki, bu, cari ildə U-14 Liqa yarışının son turudur. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Mükafatçıları təqdim edirik:

Qızlar 

-36 kq 1. Fatimə Allahverdiyeva (RKİM) 2. Aylin Hidayətzadə (Günəşli İK) 3. Züleyxa Saparova (Sumqayıt şəhəri İOEUGİM) 3. Əskinaz Verdiyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

-44 kq  1. Ayla Məmmədli (AHİTA) 2. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 UGİŞM) 3. Aydan Şahbazova (Quba CİK) 3. Nurgün Çolaxova (Turan İK)

-52 kq 1. Yelena Tekiç (ACF) 2. Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) 3. Jasmin Qardaşova (Masallı)

-63 kq 1. Həlimə Yunisli (Sumqayıt OİK) 2. Ülkər Həsənli (Kürdəxanı Cüdo Klub)

+70 kq 1. Aytac Rüstəmova (Goranboy OİK) 2. Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) 3. Zeynəb Mehti (Turan İK)

Oğlanlar

-38 kq 1. Mehdi Əlişov (Gəncə şəhəri 1 nömrəli UGİŞM) 2. Bəxtiyar Cəbrayıllı (RKİM) 3. İslam Səmədov (Maştağa İK) 3. Zöhrab Sayadzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-46 kq 1. Hüseyn Xankişili (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ) 2. Yusif Səmədzadə (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM) 3. Zahid Hüseynzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) 3. Hüseyn Əliyev (Arifoğlu İK)

-55 kq 1. Bayram Məmmədli (RKİM) 2. Abdurrəhman Əsgərov (Şuşa UGİM) 3. Mirsadiq Babayev (Neftçi Sumqayıt) 3. Ramazan Babayev (DİN İC)

-66 kq 1. Əli Məmmədli (RKİM) 2. Məhəmmədəli Heydərov (Rinat İK) 3. Vahid Xəlilov (Yevlax)  3. Rəvan Mahmudov (Balakən OİK)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər