Mayın 24-də cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb.
Fanat.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 202 cüdoçu 9 çəkidə qüvvəsini sınayıb. Qızlar arasında-40 kq, -48 kq, -57 kq, -70 kq; oğlanlarda isə -42 kq, -50 kq, -60 kq, -73 kq və +73 kq çəki dərəcələrində qalib və mükafatçılar bəlli olub. ☑️
Yarışda ümumilikdə 471 idmançı iştirak edib. Xatırladaq ki, bu, cari ildə U-14 Liqa yarışının son turu olub. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayıb.
Mükafatçıları təqdim edirik:
Qızlar
-40 kq 1. Nərgiz Fərzəliyeva (RKİM) 2. Mehparə Həsrətzadə (Günəşli İK) 3. Zəhra Yusifova (Qubadlı) 3. Zümrüd Quliyeva (Neftçi Sumqayıt)
-48 kq 1. Mələk Vəliyeva (Qədiroğlu İK) 2. Türkan Əlizadə (Judo Club 2012) 3. Humay Eyvazova (Şuşa UGİM) 3. Zəhra Şadmanlı (Boz OĞuz İK)
-57 kq 1. Gülay Nəsirova (Mingəçevir UGİM) 2. Selcan Feyziyeva (Mərdəkan Cüdo Klub) 3. Yasəmən Əliyeva (Naxçıvan UGİM) 3. Jasmin Mirzəbalayeva (Sumqayıt şəhəri İOEUGİM)
-70 kq 1. Elvina İlyasova (Neftçi İK) 2. Duyğu İsmayılova (İstək İK) 3. Mədinə Ruhullayeva (Hövsan İK)
Oğlanlar
-42 kq 1. Rahib İbadov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ) 2. Hüseyn Səmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) 3. Rasim Abdullayev (Saray İK) 3. Davud Sultanov (Sərhədçi İM)
-50 kq 1. Sənan Mirzəzadə (Arifoğlu İK) 2. Ülvi Məmmədli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ) 3. Rəvan Gəncəliyev (AHİTA) 3. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-60 kq 1. Miran Həbiyev (Şuşa UGİM) 2. Muhammədəli Mustafa (Metallurq Gəncə) 3. Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM) 3. Atilla Haqverdiyev (Metallurq Gəncə)
-73 kq 1. Kərim Məmmədov (Ordu İdman Klubu) 2. Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM) 3. Qüdrət Əliyev (Abşeron İK) 3. Miryasin Seyidli (Judo Club 2020 İK)
+73 kq 1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub) 2. Yelmar Quliyev (Zabrat İK) 3. Salman Musayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) 3. Yusif Məmmədli (Saray İK)