Cüdo üzrə region birincilikləri başlayır

Cüdo üzrə region birincilikləri başlayır

Sentyabrın 24-dən etibarən Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-15 və U-18 region birincilikləri keçiriləcək.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, region birincilikləri müvafiq yaş qrupları üzrə Azərbaycan birinciliklərinə seçim xarakteri daşıyacaq. 

Beynəlxalq tələblərə uyğun təşkil olunacaq yarışların təqvim planı aşağıdakı kimidir:

Cənub bölgəsi, 24-25 sentyabr (Şirvan Olimpiya İdman Kompleksi) Şimal bölgəsi, 29-30 sentyabr (Xaçmaz Olimpiya İdman Kompleksi) Aran-Mil-Muğan bölgəsi, 5-6 oktyabr (Beyləqan Olimpiya İdman Kompleksi) Şimal-Qərb bölgəsi, 8-9 oktyabr (Şəki Olimpiya İdman Kompleksi) Qərb bölgəsi, 15-16 oktyabr (Qazax Olimpiya İdman Kompleksi) Qarabağ-Zəngəzur bölgəsi, 20-21 oktyabr (Ağdam Olimpiya İdman Kompleksi) Naxçıvan Muxtar Respublikası 21-22 oktyabr (Naxçıvan Olimpiya İdman Kompleksi) U-18 Sumqayıt şəhər birinciliyi, 26 noyabr (Sumqayıt Olimpiya İdman Kompleksi) U-18 Bakı şəhər birinciliyi, 11-13 dekabr (FHN İdman Sağlamlıq Kompleksi)

Qeyd edək ki, yarışlardan bir gün öncə ACF-in hakimlər heyəti tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilərin hakimlik haqqında biliklərinin artırılması üçün seminarlar təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər