Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək

Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi yanvarın 9-12-si aralığında keçiriləcək.

Fanat.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Birincilikdə ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 800-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Birinciliyin fərdi yarışları yanvarın 9-11-də, komanda yarışları isə yarışın son günündə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər