Cüdo millisi AÇ-yə Polşada hazırlaşdı

Cüdo millisi AÇ-yə Polşada hazırlaşdı

Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət millisi Polşanın Bielsko-Biala şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib.

Fanat.Az xəbər verir ki, məlumatı federasiyanın mətbuat xidməti yayıb. 

Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan hazırlıq prosesində cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.

Cüdo millisi AÇ-yə Polşada hazırlaşdı

Qeyd edək 18-20 mayda keçirilən təlim-məşq toplanışı yeniyetmələr arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər