Coşqun sonda yada düşdü, komandası...

Coşqun sonda yada düşdü, komandası...

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubunda növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda Birinci Liqanın 26-cı turunda “Adanaspor”u qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Coşqun bu oyunun 90+3-cü dəqiqəsində meydana buraxılıb.

29 yaşlı yarımmüdafiəçinin komandası turnir cədvəlində 39 xalla 7-ci sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər