Türkiyə 1-ci Liqasında 9-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” bu turda evdə “Karagümrük”lə qarşılaşıb.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Meydana start "11-lik"də çıxan Coşqun 73-cü dəqiqədə əvəzlənib.
9 tura 15 xal yığan “Bandırmaspor” turnir cədvəlində 4-cü pillədədir.