Coşqun Diniyev Türkiyədə klubunu dəyişdi

Coşqun Diniyev Türkiyədə klubunu dəyişdi

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu  1-ci liqanın digər təmsilçisi "Çorum"la anlaşıb.

Bu barədə “Çorum Haber” nəşri məlumat yayıb. Onun yeni klubu ilə 1,5 illik müqavilə imzaladığı bildirilir.

Qeyd edək ki, ötən yay "Bandırmaspor"a transfer olunan Coşqun bu komandanın heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə edib. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

“Çorum” hazırda turnir cədvəlində 23 oyundan 35 xalla 7-ci yeri tutur və Superliqaya vəsiqə uğrunda yarışır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər