Latviyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünə çıxıb.
Fanat.Az-ın məlumatına görə, yığmamız bu gün yenə yerli komanda ilə qarşılaşıb.
Bakı vaxtı ilə 19:00-da start götürən oyun Liepaya Olimpiya mərkəzində baş tutub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, iki komanda arasındakı ilk görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yoldaşlıq görüşü
12 aprel
Latviya - Azərbaycan - 2:2
Riçard Raşçevskis, 30:51, Maksims Sens, 39:49 - Sezar Conatan, 29:05, 38:06
Fanat.Az