Con Toşak Türkiyə Super Liqasıda

Con Toşak Türkiyə Super Liqasıda
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşak yenidən Türiyə Super Liqasında çalışacaq.
Fanat.Az TRT-yə istinadən xəbər verir ki, uelsli mütəxəsssis "Antalyaspor"la anlaşıb. 1997-1999-cu illərdə "Beşiktaş"da çalışmış və komandanı 1998-ci ildə Türkiyə Kubokunun qalibi etmiş Toşak Antalya klubunda istefaya göndərilən Hamza Hamzaoğlunu əvəzləyəcək.
Qeyd edək ki, "Beşiktaş"dan "Real"a gedən Toşak 2013-cü ildə "Xəzər Lənkəran"a başçılıq edib və Azərbacan Super Kubokunu qazanıb. Ölkəmizi tərk etdikdən sonra isə Mərakeşin "Vidad" klubunu çalışdırıb (2014-2016). 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər