Ötən gün Elnur Allahverdiyevin "Xəzər Lənkəran"dan qovulması barədə xəbərlər yayılmışdı. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Fanat.az-a açıqlamasında xəbəri təkzib etsə də, digər klub rəsmiləri qərarın bu gün veriləcəyini bildirmişdi.
Fanat.az xəbər verir ki, artıq Con Toşak Elnurla bağlı qərarını verib. Qərara əsasən millinin futbolçusu "Xəzər Lənkəran"dan qovulub. Səbəb kimi isə onun klubun nizam-intizam qaydalarını pozması göstərilib. Lakin Allahverdiyevin hansı intizamsızlığı etdiyi aşkarlanmayıb.
"Xəzər Lənkəran" Elnurla bağlı qərarını açıqlamaq üçün futbolçunun millinin düşərgəsindən dönməsini gözləyir.
Fanat.az