«Xəzər Lənkəran» son turda «Rəvan»ı qəbul edəcək. İdman24.az xəbər verir ki, Premyer Liqanın sonuncu – XXXII turu ərəfəsində baş məşqçisi Con Toşak azarkeşlərə müraciət edib. Müraciətin mətnini təqdim edirik:«Bir neçə gün sonra bu mövsümün son ev oyununu keçirəcəyik. Ona görə də bəzi məqamlar var ki, bunları bölüşməyin vaxtıdı. Mən, ilk növbədə azarkeşlərə minnətdaram. Onlar komandamızın cari mövsümdə uğursuz qrafik cızmasına rəğmən, daim bizə dəstək oldular. Ən vacib məqamda, ölkə kubokunun yarımfinalında komandamıza cox gərəkli olan möhtəşəm dəstəyi verdilər. Bundan başqa Lənkəranın insanları, stadionumuzun bütün kollektivi və o cümlədən klub rəhbərliyi mənə daha tez uyğunlaşmaqda yardımçı oldular. Bu məsələdə söz yox ki, onların isti münasibəti həlledici oldu. Buna görə də hər kəsə minnətdaram. Qarşıdakı mövsüm üçün indidən tərtib etdiyimiz müəyyən planlar var. Əminliklə deyirəm ki, planlarımızı, niyyətlərimizi həyata keçirə bilsək, azarkeşlərin fəxr edəcəyi bir komanda quracağıq. Mən, bu müraciəti etməklə sadəcə son ev oyunu öncəsi sadiq azarkeşlərimizə bir daha «çox sag ol» deməyi vacib saydım. Sizi həmişə yanımızda görmək bizə çox vacib və xoşdu!»idman24.az
Con Toşak azarkeşlərə səsləndi
TREND
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"