Cinah müdafiəçisi "Mingəçevir"i 2-ci Liqa komandasına dəyişdi

Cinah müdafiəçisi "Mingəçevir"i 2-ci Liqa komandasına dəyişdi

Bu yay 1-ci Liqa təmsilçisi "Mingəçevir"dən ayrılan Elvin Əliyevin yeni klubu məlumdur.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı futbolçu karyerasını 2-ci Liqada davam etdirəcək.

Vinger mövqeyində də oynaya bilən sağ cinah müdafiəçisi "Quba" ilə anlaşıb. O, hazırda qarşısına 1-ci Liqaya yüksəlmək hədəfi qoyulmuş komandanın düşərgəsindədir.

Xatırladaq ki, ötən mövsüm 2-ci Liqada 4-cü yeri tutan "Quba" 1-ci Liqadakı mübarizəni 9-cu yerdə tamamlayan "Difai" ilə pley-off matçına çıxıb. "Fədailər"ə 1:3 hesabı ilə uduzan şimallılar istəklərinə çata bilməyiblər.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər