Cərimə zərbələrinin mahir ifaçısı "Vest Hem"də - RƏSMİ 

Cərimə zərbələrinin mahir ifaçısı "Vest Hem"də - RƏSMİ 

İngiltərənin "Vest Hem" klubu yeni yarımmüdafiəçi transfer edib.

Fanat.Az "çəkicdöyənlər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sauthempton"un futbolçusu Ceyms Uord-Prouz heyətə qatılıb.

Uord-Prouz yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Ceyms İngiltərə millisinin də üzvüdür. 28 yaşlı orta xətt oyunçusu 2017-ci ildən dəvət aldığı yığmada 11 matça çıxaraq 2 qol vurub. O, Devid Bekhemdən sonra Premyer Liqa tarixində cərimə zərbəsindən ən çox qol vuran futbolçudur.

Nahid Məmmədov

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər