“Lionel Messiyə bəzən istirahət verəcəm və ehtiyatda qalacaq. O, bunu qəbul etməlidi. Arada istirahət etməsi vacibdi. Onunla bu məsələdə razılığa gələcəyimizə inanıram. Amma bu o demək deyil ki, Messi səviyyəsində bir futboçlunu ardıcıl 5 oyunda ehtiyatda saxlayacam”. Fanat.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Cerardo Martino deyib.
Argentinalı mütəxəssis bütün qərarları özünün verəcəyini bildirib: “Baş məşqçi mən olduğumdan, mənim qərarlarım əsasdı. Amma təbii ki, qərar verəmədən əvvəl oyunçumla da danışıram”.