Cənubi amerikalı ulduz "Qalatasaray"a keçir - SON DURUM

Cənubi amerikalı ulduz "Qalatasaray"a keçir - SON DURUM

"Qalatasaray" heyətini ulduz hücumçu ilə gücləndirmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabları üzərindən yayıb.

Xəbərə görə, "aslanlar" PSJ-nin argentinalı forvardı Mauro İkardini icarəyə götürmək üçün təklif hazırlayır. Paris təmsilçisinin illik 10 milyon avro əməkhaqqı alan futbolçunun maaşının bir hissəsini ödəməyə razı olduğu vurğulanıb və bu keçidin reallaşmaq ehtimalı yetərincə yüksək qiymətləndirilib.

Qeyd edək ki, İkardi PSJ-yə 2020-ci ildə, 50 milyon avro qarşılığında Milan "İnter"indən transfer olunub.  Ötən "futbol ili"ndə Liqa 1-də 24 matça çıxan cənubi amerikalı 4 qol vurubsa, cari mövsüm forma şansı qazanmayıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər