Cenk Tosun yenidən Superliqada

Cenk Tosun yenidən Superliqada
Türkiyə milli komandasının futbolçusu Cenk Tosun karyerasını yenidən "Beşiktaş”da davam etdirəcək.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçu axtarışında olan İstanbul təmsilçisi sabiq forvardını icarəyə götürür.
"Ağ-qaralar” futbolçunun müqavilə ilə məxsus olduğu "Everton”la razılığa gəlib. Anlaşmaya əsasən Cenk mövsümün sonunadək "Beşiktaş”da çıxış edəcək.
Qeyd edək ki, Tosun İstanbul klubunda ümumilikdə 142 oyunda 64 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər