Cəmşid Məhərrəmov yenidən Türkiyədə

Cəmşid Məhərrəmov yenidən Türkiyədə

Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdirə bilər. Fanat.az xəbər verir ki, Cəmşid Məhərrəmov bu yay ikinci dəfə qardaş ölkəyə üz tutub.

Futbolçu hazırda “Fethiyespor”un düşərgəsində baxışdan keçir. Məhərrəmovu türk klubuna menecer Mehmet Ali Çalışkan aparıb. Cəmşid baxışdan uğurla keçsə, müqavilə imzalayacaq.

Qeyd edək ki, Cəmşid bir müddət əvvəl “Qaziantep BB”də baxışda olsa da, maliyyə məsələlərində anlaşa bilməmişdi. Hazırda “Fetşhiyespor”da Davud Kərimi çıxış edir

Onu da qeyd edək ki, Cəmşidin son iş yeri “Kəpəz” olub. O, yanvarda yollandığı Gəncə klubunda 9 oyun keçirib. Milli komandada 6 oyun keçirmiş 29 yaşlı yarımmüdafiəçi 2004-2007-ci illərdə “Karvan”ın, 2007-2012-ci illərdə isə “Bakı”nın formasını geyinib. Məhərrəmov paytaxt klubunda kapitan olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər