Türkiyənin "Adanaspor" klubunda çıхış edən Cəmşid Məhərrəmov baş məşqçisiz qalıb. Fanat.az хəbər verir ki, Adana klubunun çalışdırıcısı Güvənc Kurtar istefa verib.
Bu barədə klubun rəsmit saytı məlumat yayıb. Məlumatda bildirilir ki, dünən "Altınordu"na 1:3 hesabı ilə yenilgidən sonra Güvənc Kurtar istefa verib. Bunun səbəbi isə komandanın ilk "6-lıq"dan uzaqlaşaraq hədəflərinə çata bilməməsi olub.
Qeyd edək ki, ötən mövsüm "Rəvan"a başçılıq edən Güvənc Kurtar qış fasiləsində Cəmşid Məhərrəmovu Türkiyəyə aparmışdı.
Fanat.az