Cəlilabadın "Ümid"i Region Liqasına gəlir

Cəlilabadın "Ümid"i Region Liqasına gəlir

Azərbaycan Futbol federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov bölgələrə səfər çərçivəsində Cəlilabad rayonuna gedib.

Fanat.Az xəbər verir ki, Cəlilabad şəhər stadonunda aşağı yaş qruplarından ibarət komandaların üzvü olan uşaqlarla görüş keçirilib. 

Futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar verilib.

Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə “Region Liqası”nda iştirak edəcəyi qərarlaşdırılıb.

Cəlilabadın "Ümid"i Region Liqasına gəlir

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər