"Mançester Siti"nin hücumçusu Cek Qriliş çempionluğu Las-Veqasda səs-küylü parti ilə qeyd edib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
26 yaşl futbolçu bir neçə şüşə bahalı şampan da sifariş edib. Hər şüşə şampan ona 3,5 min avroya başa gəlib.
Ümumilikdə gecə klubuna 100 min avrodan pul ödənilib, bunun 93 min avrosu təkcə spirtli içkilərin qiyməti edib.
Qeyd edək ki, 2021/22 mövsümündə “şəhərlilər” İngiltərə Premyer Liqasının qalibi olublar. Qriliş isə ötən mövsüm "Mançester Siti"nin heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin