"Cəbrayıl"ın yeni baş məşqçisi kim olacaq? - Cavid Hüseynov cavablandırdı

"Cəbrayıl"ın yeni baş məşqçisi kim olacaq? - Cavid Hüseynov cavablandırdı

Ötən mövsüm Region Liqasının qalibi olan "Cəbrayıl"ın təsisçisi və çalışdırıcısı Cavid Hüseynovun baş məşqçi postundan getdiyi bəllidir. 

34 yaşlı mütəxəssis "Cəbrayıl"da boş qalan bu posta kimin gələcəyi ilə bağlı Fanat.Az-a açıqlama verib: 

"Komandanın baş məşqçisinin kim olacağı hələ məlum deyil. Qərar verməmişik. Çempionatın başlamasına vaxt var. Odur ki, tələsmirik. Onu zaman göstərəcək". 

Hüseynov komandanın heyətindəki futbolçular barədə də danışıb: 

"Sevindirici xəbər ondan ibarətdir ki, ötən mövsüm "Cəbrayıl"da oynayan gənclərə artıq peşəkar komandalardan dəvətlər gəlib. Məsələn, I Divizion klublarından təklif alan 2002/03-cü il təvəllüdlü futbolçularımız var. Mənə də zəng edib maraqlanırlar. Əslində bizim məqsədimiz də elə o idi ki, yerli klublara cavan futbolçular bəxş edək. "Mingəçevir"dən Nazim Rəhimova dəvət gəlib. Bombardirimiz Tapdıq Əhmədova isə həm "Mingəçevir"dən həm də MOİK-dən təklif var. Yəni qarşımıza qoyduğumuz məqsəd uğrunda boşuna irəliləmədik. Digər futbolçularımıza da təkliflər var, sadəcə, dəqiqləşməsi üçün zaman lazımdır. Onlar özləri də danışıqlar aparır. Mətbuata bu barədə ətraflı açıqlama veriləcək". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər