Türkiyə PTT I Liqasında mübarizə aparan "Elazığspor"un baş məşqçisi Ümit Özat 7 oyunluq diskvalifikasiyaya məruz qalıb. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin formasını geyindiyi klubun baş məşqçisi "Antalyaspor"la qarşılaşmada rəqib komandanın baş məşqçisi ilə söz çəkişməsi, qarşılaşma bitdikdən sonra isə Antalya təmsilçisinin azarkeşlərinə tərəf gedərək, onlara söyüş yağdırmasına görə cəzalandırılıb.
Türkiyə Fitbol Federasiyasının açıqladığı cəza qərarından sonra Özat klub bazasında mətbuat konfransı keçirib:
"Məgər oğrunun günahı yoxdu? Oyun qurtarıb. Komandam məğlub olub. Dilxor vəziyyətdə olan klubun baş məşqçisini tribunalardan söyürlər, ona tərəf alışqanlar, su şüşələri atırlar, tüpürürlər. Əvəzində cəzalanan mən oluram. Səsləndirdiyim söyüş "Antalyaspor" camiəsinə deyildi. Üç-beş nəfər tərbiyəsizə cavab vermişəm. Heç vaxt haram qolla qalib gəlməmişəm, gəlməyəcəyəm də".
Fanat.azTürkiyə PTT I Liqasında mübarizə aparan "Elazığspor"un baş məşqçisi Ümit Özat 7 oyunluq diskvalifikasiyaya məruz qalıb. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin formasını geyindiyi klubun baş məşqçisi "Antalyaspor"la qarşılaşmada rəqib komandanın baş məşqçisi ilə söz çəkişməsi, qarşılaşma bitdikdən sonra isə Antalya təmsilçisinin azarkeşlərinə tərəf gedərək, onlara söyüş yağdırmasına görə cəzalandırılıb.

Fanat.az