Türkiyənin PTT 1-ci liqasında IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" Umut Sönmezin forma geyindiyi "Orduspor"u qəbul edib.
Oyun Elazığ təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan futbolçumuz 90 dəqiqə meydanda olub. Futbolçumuz 8-ci dəqiqədə hesabı açaraq darmadağının əsasını qoyub. Start heyətində yer almayan Umut isə 68-ci dəqiqədə Serdar Denizin yerinə meydana çıxıb.
Qeyd edək ki, "Elazığspor" 4 turda 4 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az