Cavid İmamverdiyev "Neftçi"ni tərk edib. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Belə ki, İmamverdiyev "Elazıspor" klubuna keçib. Son zamanlar "Neftçi"də əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu qonşu ölkədə icarə əsasında çıxış edəcək. O, türk klubuna 1 il müddətinə icarəyə verilib.
Fanat.az