Cavid Hüseynovun təyinatı rəsmiləşdi

Cavid Hüseynovun təyinatı rəsmiləşdi

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb.

Komanda Cavid Hüseynova tapşırılıb. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Futbolçu kimi müxtəlif illərdə "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Bakı", "Qəbələ", "Zirə", Türkiyənin "Adana Dəmirspor" klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C.Hüseynov məşqçi kimi "Şamaxı" klubunda fəaliyyətə başlayıb.

"Cəbrayıl", "Turan Tovuz" klublarında da çalışmış 38 yaşlı mütəxəssis bir müddət "Səbail"in də baş məşqçisi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər