Cavid Hüseynov baş məşqçi oldu

Cavid Hüseynov baş məşqçi oldu

Yeni mövsümdə Region Liqasında çıxış edəcək "Cəbrayıl" klubunun baş məşqçisi Cavid Hüseynov olacaq.

Bu barədə Fanat.Az-a 33 yaşlı veteran futbolçu özü məlumat verib. 

"Bildiyiniz kimi, B kateqoriyası üzrə məşqçilik kurslarına qatılmışam. Bu kursda iştirak edən hər bir kəsin komandada məşqçilik təcrübəsi olmalıdır. Bu səbəbdən klubda qalıb baş məşqçi olmaq qərarına gəldim."

Xatırladaq ki, daha əvvəl Cavid Hüseynovun "Cəbrayıl" futbol klubunu yaratdığı barədə xəbər vermişdik.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər